image-reklam-veteninfo
image-1backend

Bakıda zibillikdən “Chevrolet Cobalt” tapıldı

image-reklam-veteninfo

Bakının Sabunçu rayonunun Ramana qəsəbəsində, Şuşa şəhərciyi ərazisində maraqlı hadisə qeydə alınıb.

Vətəninfo.az Musavat.com-a istinadən xəbər verir ki, ərazidə yerləşən zibillikdə “Chevrolet Cobalt” markalı minik avtomobili aşkarlanıb.

Avtomobilin üzərində dövlət qeydiyyat nişanı yoxdur, şüşələrinin bir hissəsi isə sınıq vəziyyətdədir.

Sakinlərin verdiyi məlumata görə, nəqliyyat vasitəsi uzun müddətdir ki, həmin ərazidədir. Avtomobilin kimə məxsus olduğu hələlik məlum deyil.

Avtomobilin sahibi və ya onunla bağlı məlumatı olan şəxslərdən aidiyyəti qurumlara müraciət etmələri xahiş olunur.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki