“Son günlər Qarabağda erməni təxribatlari ciddi şəkildə artmaqdadır. Onlara qarşı əsgər və zabitlərimiz mübarizə aparır”.
Veteninfo.az xəbər verir ki, bunu parlametin iclasında çıxış edən deputat Fazil Mustafa bildirib.
Deputat 44 günlük Vətən müharibəsində Azərbaycana dost olan dövlətlər haqqında da danışıb:
“İkinci vacib məsələ odur ki, 44 günlük Vətən müharibəsində 4 dövlət – İsrail, Pakistan, Əfqanıstan, Türkiyə Azərbaycana öz dəstəyini verdi. İsrail və Pakistanı xüsusi qeyd etmək istəyirəm. Bəzən bu dövlətlərə qarşı sosial şəbəkələrdə neqativ hallara rast gəlirik. Hesab edirəm ki, Bakıda salınan parklardan birinə Pakistan-İsrail-Türkiyə adı verilməli və bayraqları asılmalıdır”.