Sabah saat 00:00-dan iyulun 22-si saat 06:00-a qədər Bakının Nərimanov rayonunun Əhmədbəy Ağaoğlu küçəsində (Təbriz küçəsi ilə kəsişmədən Şah İsmayıl Xətai prospektinə qədər) aparılan təmir işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
Vətəninfo.az bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.
“Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur”, – deyə məlumatda qeyd olunub.