image-2backend

Balakəndə 8 yaşlı uşağı maşın vurub öldürü

image-reklam_sirab_01

Balakəndə 8 yaşlı uşağı avtomobil vuraraq öldürüb.

Bu barədə Vətəninfo.az-a DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, bu gün günorta saatlarında Balakən rayonunun Şərif kəndində Şamil Horcolov idarə etdiyi “QAZ-24” markalı avtomobil piyada, 2016-cı il təvəllüdlü S.Abdullayevanı vurub. Azyaşlı aldığı xəsarətlərdən xəstəxanada ölüb.

Araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki