image-modern-az-22-06-2021-1624346604backend

“Balı yüksək olanlara yox, maddi imkanı aşağı olanlara kömək etmək lazımdır”

image-reklam_sirab_01

Milli Məclisin deputatı Aydın Mirzəzadə parlamentin bu gün keçirilən növbədənkənar sessiyasında tələbə kreditlərindən danışıb.

Veteninfo.az xəbər verir ki, deputat tələbə kreditinin əhəmiyyətini qeyd edib:

“182 min doktorant var. Hesab edirəm ki bu məsələ problemi həll edəcək. Düşünürəm ki, balı yüksək olanlara yox, maddi imkanı aşağı olanlara kömək etmək lazımdır. Təhsil Nazirliyinin bu məsələni diqqətdə saxlamasini xahiş edirəm”.

Aydın Mirzəzadə hərbi xidmətə getdiyinə görə, sonradan təhsil ala bilməyən gənclərdən söz açıb:

“Bir çox gənclər hərbi xidmətdən qayıtdıqdan sonra təhsillərini davam etdirə bilmirlər. Tələbə təhsil kredit fondu ilk növbədə onlara imkan yaratmalıdır. Halbuki həmin gənclər gələcəkdə yaxşı mütəxəssis, dövlət işçiləri ola bilər”


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki