image-16backend

Baltikyanı ölkələr hava dəhlizinin gücləndirilməsini zəruri hesab edirlər

image-reklam_sirab_01

“Polşa və Estoniya arasındakı hava dəhlizinin gücləndirilməsi təşəbbüslərini dəstəkləmək lazımdır”.

Veteninfo.az xəbər verir ki, bu barədə Litvanın paytaxtında keçirilən Baltik Assambleyasının 40-cı sessiyasının qətnaməsində deyilir.

Tərəfdaşlar “Suvalki dəhlizi” adlanan dəhlizin müdafiəsini regional təhlükəsizliyin təmin edilməsində digər mühüm amil hesab edirlər. Qeyd olunub ki, bu ərazidəki hərbi hissələr üçün mobillik həlləri müsbət qarşılanır və dəstəklənəcək.

Qeyd edək ki, Suvalki dəhlizi Rusiya Federasiyasının Kalininqrad vilayəti və Belarusun Qrodno vilayətinə bitişik, uzunluğu təxminən 64 km olan Litva-Polşa sərhədinin strateji əhəmiyyətli hissəsidir. Dəhliz bağlansa, Litva Qərbi NATO tərəfdaşlarından təcrid olunacaq.

1991-ci ildə yaradılan Baltik Assambleyası Litva, Latviya və Estoniya parlamentləri arasında əməkdaşlıq platformasıdır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki