image-1backend

Barselona  Atletiko Madridi məğlub edə bilmədi -VİDEO

image-reklam_sirab_01

İspaniya kubokunun yarımfinal mərhələsinin ilk oyununda “Barselona” “Atletiko Madrid”i qəbul edib. Hesab 4:4 bərabər olub.

Vətəninfo.az xəbər verir ki, matçın ilk dəqiqəsində qonaqların argentinalı hücumçusu Julian Alvares hesabı açıb. 6-cı dəqiqədə “Atletiko”nun fransalı hücumçusu Antuan Qrizmann fərqlənib.

19-cu dəqiqədə ispaniyalı yarımmüdafiəçi Pedri hesabdakı hesabı azaldıb. 21-ci dəqiqədə Kataloniya komandasının ikinci qolunu ispaniyalı müdafiəçi Pau Kubars vurub. 41-ci dəqiqədə ispan müdafiəçi İniqo Martinezin qolu Hans-Diter Flikin rəhbərlik etdiyi Almaniya yığmasını hesabda irəli çıxarıb. 74-cü dəqiqədə polşalı hücumçu Robert Levandovski “Barselona”nın fərqini artırıb.

84-cü dəqiqədə ispaniyalı yarımmüdafiəçi Markos Llorente argentinalı Dieqo Simeonenin rəhbərlik etdiyi komandanın heyətində 3-cü qolu vurub. Əlavə olunmuş vaxtın üçüncü dəqiqəsində norveçli hücumçu Aleksandr Şörlot bərabərliyi bərpa edib.

Cavab oyunu aprelin 2-də Madriddə keçiriləcək.

Digər final üçün isə Real Sosyedad və Real Madrid mübarizə aparacaq. Bu komandalar arasında ilk görüş fevralın 26-da baş tutacaq.

İspaniya Kuboku, yarımfinal, ilk oyun

“Barselona” – “Atletiko Madrid”: 4:4 

Pedri, 19, Pau Kubarsi, 21, İniqo Martinez, 41, Robert Levandovski, 74 – Julian Alvarez, 1, Antuan Qrizman, 6, Markos Llorente, 84, Aleksandr Seurlot, 90+3


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image