image-reklam-veteninfo
image-1backend

“Barselona” Flikin müqaviləsini uzadır

image-reklam-veteninfo

İspaniya çempionu “Barselona” baş məşqçi Hans-Dieter Flikin müqaviləsini 2028-ci ilə qədər uzadıb. “Mundo Deportivo”nun məlumatına görə, alman məşqçinin Kataloniya klubu ilə müqaviləsini daha bir il uzatmaq seçimi olacaq.

Qeyd olunur ki, tərəflər arasında artıq şifahi razılaşma mövcuddur. 61 yaşlı mütəxəssisin hazırkı müqaviləsinin müddəti 2027-ci ilin yayında başa çatacaq.

Flik 2024-cü ilin may ayından bəri “Barselona”ya rəhbərlik edir.

İspaniya çempionatının 31-ci turundan sonra turnir cədvəlinə 79 xalla “Barselona” başçılıq edir və ikinci yerdəki “Real Madrid”dən 9 xal öndədir.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki