image-reklam-veteninfo
image-1backend

“Barselona” ikinci dəfə bütün kuboklara sahib çıxdı 

image-reklam-veteninfo

Tarixdə ikinci dəfə “Barselona” bütün milli titulları qazandı: çempion, kubokun qalibi və super kubok.

Almaniyalı Hans-Diter Flikin rəhbərlik etdiyi komanda 2025-ci ildə rekordlara imza atıb. Yanvarın 12-də İspaniya Superkubokunun finalında Real Madridi 5-2 hesabı ilə məğlub edib. Aprelin 26-da İspaniya kubokunun finalında “Real Madrid”i əlavə vaxtda yenidən məğlub edib, 3:2.

La Liqa çempionatının 36-cı turunda “Espanyol”u 2:0 hesabı ilə məğlub edən “Barselona” 7 xallıq üstünlük əldə edərək, mövsümün sonuna iki tur qalmış “Real Madrid” üçün əlçatmaz olub.

“Barselona” sonuncu dəfə 2009-cu ildə bütün ölkə çempionatlarını qazanmışdı.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki