Sport.es xəbər verir ki, İspaniya çempionu “Barselona” klubu argentinalı hücumçu Julian Alvarezin “Atletiko Madrid”dən transferi baş tutmasa, İtaliya çempionu və kubokun qalibi “İnter”in kapitanı, argentinalı hücumçu Lautaro Martinezi transfer etmək variantını nəzərdən keçirir.
Kataloniya klubunun alman baş məşqçisi Hans-Dieter Flik Lautaro Martinezin keyfiyyətlərini yüksək qiymətləndirir və onun xidmətlərində şəxsən maraqlıdır.
“İnter” Lautaro Martinezi satmağa hazırdır, lakin 120 milyon avrodan başlayan təklifləri nəzərdən keçirəcək.
Lautaro Martinezin “İnter”lə müqaviləsi 2029-cu ilin iyun ayına qədərdir.


























