“Barselona”nın ispaniyalı yarımmüdafiəçisi, komandanın kapitanı Sergi Roberto alman Hans-Diter Flikin rəhbərlik etdiyi komandadan azad agent kimi ayrılıb.
Vətəninfo.az xəbər verir ki, 32 yaşlı futbolçu Kataloniya klubunun üzvüdür. O, 18 il “Barselona” sistemində olub. 2010-cu ildən peşəkar səviyyədə çıxış edir.
Klub bu həftə onunla vida mərasimi təşkil edəcək.
Ötən mövsüm Sergi Roberto “Barselona”nın heyətində 24 matçda iştirak edib, 3 qol vurub və 3 məhsuldar ötürmə edib.