image-1backend

“Barselona” Olmoya 6 illik müqavilə təklif edib

image-reklam_sirab_01

“Barselona” “Leypsiq”in ispaniyalı yarımmüdafiəçisi Dani Olmoya 6 illik müqavilə təklif edib.

Vətəninfo.az xəbər verir ki, sabahdan etibarən 60 milyon avroluq sərbəst buraxılma maddəsi Olmonun alınmasına şamil edilməyəcək, lakin 26 yaşlı futbolçunun agentləri futbolçunun müqaviləsindəki sərbəst qalma maddəsini daha bir neçə həftə saxlamağa çalışırlar.

Xatırladaq ki, 2024-cü il Avropa çempionatında yarımmüdafiəçi 6 matçda iştirak edərək 3 qol və 2 məhsuldar ötürmə müəllifi olub. Transfermarkt futbolçunun transfer dəyərini 60 milyon avro qiymətləndirir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image