image-1backend

“Barselona” Xavini istefaya göndərdi

image-reklam_sirab_01

İspaniyanın vitse-çempionu “Barselona” Xavini baş məşqçi postundan uzaqlaşdırıb. Vətəninfo.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.

“Klubun prezidenti Joan Laporta bu gün Xavi Hernandezə növbəti mövsümdə işini davam etdirməyəcəyini bildirdi. “Barselona” futbolçu və komanda kapitanı kimi görünməmiş karyerasını tamamlayan məşqçi kimi fəaliyyətinə görə Xaviyə təşəkkür edir.

“Barselona” yaxın günlərdə yeni məşqçilər korpusunun tərkibini açıqlayacaq”, – Kataloniya klubunun açıqlamasında deyilir.

“Barselona”nın Münhen “Bavariya”sının və Almaniya millisinin sabiq baş məşqçisi Hans-Diter Fliklə 2 illik müqavilə imzalayacağı gözlənilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki