“Bild” xəbər verir ki, Almaniya çempionu “Bavariya” İngiltərə çempionu “Liverpul” və Kolumbiyalı beynəlxalq cinah oyunçusu Luis Diazla anlaşıb.
“Bavariya” indi “Liverpul”la danışıqlara başlayacaq.
28 yaşlı futbolçunun “Liverpul”la müqaviləsi 2027-ci ilin iyun ayına qədərdir.
O, ötən mövsüm hollandiyalı Arne Slotun rəhbərlik etdiyi komandada 50 matçda iştirak edib, 17 qol vurub və 8 məhsuldar ötürmə verib.
Transfermarkt Luis Diazın transfer dəyərini 70 milyon avro qiymətləndirir.