image-11backend

Baydenin köməkçisi: “ABŞ İrandan fərqli olaraq nüvə sazişi üzrə danışıqlara hazırdır”

image-reklam_sirab_01

“Amerika Birləşmiş Ştatları İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) üzrə danışıqlara qayıtmağa hazırdır”.

Veteninfo.az xəbər verir ki, bunu “CNN” telekanalına müsahibəsində ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan deyib.

Onun sözlərinə görə, rəsmi Tehran hələlik buna iradə nümayiş etdirməyib:

“İran sazişin icrasına qayıtmağa hazır olduğu halda, razılaşmaya qayıdacağımızı bildirdik. Məsələ burasındadır ki, İran indiyədək danışıqlara qayıtmaq istəyini nümayiş etdirməyib”.

C. Sallivan deyib ki, ABŞ dialoq üçün lazımi şərait yaratmaq üçün tərəfdaşlar və müttəfiqlərlə sıx əməkdaşlıq edir. “Biz danışıqlar masasına qayıtmağa və bununla bağlı işi davam etdirməyə hazırıq”.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki