image-8c0b2085-fde9-3a80-89d1-dbaa0dec5ac9_850backend

Baydenin müşaviri Türkiyəyə Ukrayna və Rusiya əsirlərinin mübadiləsinə görə təşəkkür edib

image-reklam_sirab_01

ABŞ Prezidentinin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan Türkiyəyə Ukrayna və Rusiya arasında əsirlərin mübadiləsinin asanlaşdırılmasındakı köməyinə görə minnətdarlığını ifadə edib.

ABŞ Prezidentinin müşaviri bu barədə tviter hesabında yazıb.

“Mən Türkiyə hökumətinə taxıl müqaviləsində liderliyinə arxalanaraq, Ukrayna və Rusiya arasında əsirlərin mübadiləsini asanlaşdırmağa kömək etməsinə görə təşəkkür etmək istəyirəm”, – Baydenin müşaviri sosial şəbəkə hesabında yazıb.

Qeyd edək ki, ötən gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın vasitəçiliyi ilə Rusiya ilə Ukrayna arasında 200-dən çox əsir dəyişdirilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki