image-2backend

Bayramda istirahətdə olanların evlərini talayan şəxs saxlanıldı – FOTO/VİDEO

image-reklam_sirab_01

Novruz bayramı günlərində insanların istirahətdə olmasından istifadə edərək evləri talayan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən Vətəninfo.az-a verilən məlumata görə, paytaxtın Nizami rayonu ərazisində silsilə oğurluq hadisəsi qeydə alınıb.

Naməlum şəxs 3 vətəndaşın mənzilindən pul, qızıl-zinət və digər dəyərli əşyaları ələ keçirib.

Nizami RPİ 24-cü PŞ əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisələri törədən, əvvəllər dəfələrlə məhkum olunmuş Yalçın Səfərov saxlanılıb. Onun paytaxtın digər ərazilərində analoji cinayətlərdə əlinin olub-olmamasının müəyyən edilməsi istiqamətində araşdırmalar davam etdirilir.

image-1


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki