image-reklam-veteninfo
image-136ccdf9-3fcf-4c82-862b-f015b0593417backend

Bəkir Özdəmir:”Bilinməlidir ki, rəqəmsal sahədəki manipulyasiyalar tarix və qanla yazılmış bu qardaşlıq hüququnu zədələyə bilməz”

image-reklam-veteninfo

Sosial mediada süni gündəmlər və provokativ bəyanatlar vasitəsilə həyata keçirilmək istənən manipulyasiya cəhdlərinə qarşı ən güclü cavabı, tarix boyu sınaqdan çıxmış və qırılmaz bağlarla möhürlənmiş Türkiyə-Azərbaycan qardaşlığı verir.

Bunu qardaş ölkə Türkiydə çalışan jurnalist Bəkir Özdəmir Vətəninfo.az-a açıqlamasönda bildirib.O qeyd edib ki, mövcud sosial media hesablarının, trolların və ya marjinal qrupların iki ölkənin arasına nifaq salmaq səylərin hər gün görmək olar: “Amma bu kimi hərəkətlər iki xalqın ortaq yaddaşını, vizyonunu və sarsılmaz həmrəyliyini kölgədə qoya bilməz. Tarix millətlərin dostluğunu yazan bir çox səhifələrlə doludur; lakin Türkiyə ilə Azərbaycan arasındakı bağ sadə bir diplomatiya və ya müvəqqəti ittifaqdan qat-qat öndədir. Qazi Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” sözü ilə Ümummilli Lider Heydər Əliyevin “İki dövlət, bir millət” prinsipi bu sarsılmaz bağın tarixi və vicdani kompasıdır.Tarixin hər kritik döngəsində bu qardaşlıq sözdə qalmamış, meydanda və taleyin birliyində əməli olaraq təzahür etmişdir”. Bəkir Özdəmir qeyd edib ki, 1918-ci ildə Nuru Paşanın komandanlığı altında Qafqaz İslam Ordusunun Bakını azad etmək üçün göstərdiyi fədakarlıq da, Çanaqqala müharibələrində azərbaycanlı qardaşlarımızın türk çiyin-çiyinə şəhadətə yürüməsi də eyni ruhun təzahürüdür: “ Türkiyə Azərbaycanın müstəqilliyindən bəri hər zaman və hər şəraitdə qardaşının yanında yer almışdır. İşğal altındakı Qarabağ torpaqlarının azad edildiyi 44 günlük Vətən Müharibəsində Türkiyənin Azərbaycana verdiyi qeyd-şərtsiz mənəvi, siyasi və strateji dəstək bütün dünyaya bu qardaşlığın aşılmaz bir qala olduğunu göstərmişdir. Eyni şəkildə, Türkiyədə baş verən zəlzələ və fəlakət zamanı Azərbaycan xalqının bütün imkanları ilə köməyə qaçması bu könül bağının ən somut sübutudur. Türkiyə üçün Azərbaycanın təhlükəsizliyi, suverenliyi və əmin-amanlığı mübahisəsiz bir qırmızı xətdir. Şuşa Bəyannaməsi ilə möhürlənmiş bu müttəfiqlik bölgədə sülhün və sabitliyin ən böyük təminatıdır. Son dövrlərdə sosial şəbəkələrdə törəyən, iki ölkənin strateji üstünlüklərini və ya xarici siyasət seçimlərini sui-istifadə edərək Türkiyə əleyhdarlığı və ya parçalayıcı fikirlər istehsal edən hesablar iki xalqın əsl iradəsini əks etdirmir. Sosial medianın təxribata açıq mühitində həyata keçirilən bu cür qarayaxma kampaniyaları birliyimizə zərər vurmağı hədəfləyən nifaq toxumlarından ibarətdir. Bilinməlidir ki, rəqəmsal sahədəki manipulyasiyalar tarix və qanla yazılmış bu qardaşlıq hüququnu zədələyə bilməz. Türkiyə və Azərbaycan keçmişdə olduğu kimi, bu gün və gələcəkdə də yaxşı gündə və pis gündə çiyin-çiyinə dayanmağa, ortaq gələcəklərini birlikdə qurmağa davam edəcəklər”.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki