image-reklam-veteninfo
image-1backend

Belçikada vətəndaşlıq üçün müraciət haqqının 3 min avroya qaldırılması təklif olunur

image-reklam-veteninfo

Belçikanın müdafiə naziri, Yeni Flaman Alyansının (N-VA) üzvü Teo Franken ölkə vətəndaşlığı üçün müraciət haqqının 3 min avroya qaldırılmasını və məcburi vətəndaşlıq imtahanının tətbiqini təklif edib.

Vətəninfo.az xəbər verir ki, nazir bu barədə sosial şəbəkədə paylaşım edərək bildirib ki, növbəti mərhələdə hər bir vətəndaşlıq müraciəti üçün 3 min avro rüsum müəyyənləşdirilməli və vətəndaşlıq imtahanı tətbiq olunmalıdır.

Qeyd edək ki, 2026-cı ilin əvvəlində Belçikada vətəndaşlıq üçün müraciət haqqı 150 avrodan 1000 avroya qaldırılmışdı. Bu dəyişiklik Baş nazir Bart De Veverin rəhbərlik etdiyi Yeni Flaman Alyansının təşəbbüsü ilə həyata keçirilmişdi.

Teo Franken bildirib ki, rüsumun artırılmasından sonra bir il ərzində vətəndaşlıq üçün müraciətlərin sayı iki dəfə azalıb, dövlət büdcəsinə daxilolmalar isə dörd dəfə artıb.

Nazir vurğulayıb ki, müraciət haqqının ödənilməsi Belçika vətəndaşlığının verilməsi anlamına gəlmir. Onun sözlərinə görə, müraciətlərin əhəmiyyətli hissəsi dil biliklərinin kifayət etməməsi, cəmiyyətə inteqrasiyanın zəif olması və ya cinayət keçmişi kimi səbəblərlə rədd edilir.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki