image-dbc5225e-f7d4-388b-8eb7-f987fc96a2fe_850backend

Belçikanın hava limanı tətilə görə uçuşları ləğv edib

image-reklam_sirab_01

Belçikanın ikinci ən böyük hava limanı Şarlerua sərnişinlərin yoxlanılmasını təmin edən “Security Masters” şirkətinin təhlükəsizlik işçilərinin tətili səbəbindən ölkədən uçuşları dayandırır.

bu barədə hava limanının administrasiyası məlumat yayıb.

Müvafiq qərar oktyabrın 19-dan qüvvəyə minir. Buna baxmayaraq, ölkəyə gələnlər üçün hava limanı adi rejimdə çalışacaq.

Daha əvvəl Şarlerua hava limanı oktyabrın 18-ə planlaşdırılan uçuşların dayandırıldığını elan edib. “Belqa” xəbər agentliyinin məlumatına görə, şirkətin mühafizəçiləri ixtisarlar olacağından ehtiyat edərək tətilə başlayıblar.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki