image-1backend

Bellinqhemdə ağır zədə aşkar olundu: Ulduz futbolçu əməliyyat olunacaq

image-reklam_sirab_01

“Real Madrid” rəhbərliyi Cude Bellinqhemin çiynindən əməliyyat olunmasına icazə verməli olacaq. Vətəninfo.az xəbər verir ki, bu barədə The Athletic məlumat yayıb. Sağalması üçün 2-3 ay vaxt lazımdır. Bellinqhem ötən ilin noyabrında çiynindən zədə almışdı. Ötən mövsümün və Avro-2024-ün mühüm hissəsini qaçırmamaq üçün əməliyyat təxirə salınıb.

Ötən yay Dortmund “Borussiya”sından “Real”a keçən Bellinqhem son klub mövsümündə 42 matçda iştirak edib, 23 qol vurub, 13 məhsuldar ötürmə edib.

Avro-2024-də Bellinqhem 7 matçda iştirak edib, 2 qol vurub, 1 məhsuldar ötürmə edib. İngiltərə finalda İspaniyaya 1:2 hesabı ilə uduzub.

Transfermarkt Bellinqhemin transfer dəyərini 180 milyon avro qiymətləndirir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki