image-reklam-veteninfo
image-1backend

Bəqayi: “ İran- ABŞ münasibətlərində yeni vasitəçi yoxdur” 

image-reklam-veteninfo

Bu gün İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi Tehran və Vaşinqton arasında yeni vasitəçinin olması ilə bağlı məlumatları təkzib edib.

Vətəninfo.az xəbər verir ki, Bəqayi bildirib ki, İran-ABŞ münasibətləri ilə bağlı məsələlərdə Pakistan və Qətər əvvəlki kimi tərəflər arasında mesajların ötürülməsi və əlaqələrin təmin edilməsində rol oynayırlar.

O, bəzi Avropa ölkələrinin də öz mövqelərini bildirməsini və ikitərəfli təmaslarda vasitəçilik səylərinə hazır olduqlarını açıqlamasını təbii hal kimi dəyərləndirib. Ancaq bunun İran-ABŞ münasibətləri prosesində yeni vasitəçinin formalaşması və ya qəbul edilməsi anlamına gəlmədiyini vurğulayıb.

Sözçünün fikrincə, Tehran və Vaşinqton arasındakı əsas problem vasitəçinin olmaması deyil. O, əsas çətinliyin tərəflərin məsələyə yanaşmasındakı fərqlər, “səhv hesablamalar” və ABŞ-nin dəfələrlə “uğursuz” olduğu siyasət və yanaşmalarda israr etməsi olduğunu bildirib.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki