2024-cü ilin yanvar-may ayları ərzində hüquq-mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 4856 cinayət faktı aşkarlanıb.
Vətəninfo.az xəbər veriir ki, bu barədə Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyasından bildirilib. Məlumata görə, Onlardan 1391-i narkotik vasitələrin qanunsuz satışı, 3408-i narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 54-i narkotik tərkibli bitkilərin qanunsuz əkilib becərilməsi, 3-i isə digər cinayətlərlə bağlı olub.
Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 2 ton 828 kq 028,848 qr narkotik vasitələrin və psixotrop maddələrin 366 kq 854,895 qr-nı heroin, 2 ton 233 kq 579,189 qr-nı marixuana, 80 kq 405,927 qr-nı tiryək, 27 kq 561,001 qr-nı həşiş, 111 kq 149,216 qr-nı psixotrop maddələr, 8 kq 478,62 qr-nı digər narkotik vasitələr təşkil edib. Həmçinin göstərilən dövr ərzində 9190 ədəd metadon həbi, 3654 ədəd çətənə kolu və 318,8 qr güclü təsir edən maddə qanunsuz dövriyyədən götürülüb.