image-1671101742_666abackend

Bəxtiyar Ərsayın müdafiə nazirinin müşaviri olmasına Kremldən REAKSİYA

image-reklam_sirab_01

“Xarici ölkələrin vətəndaşı olan müşavirləri təkcə Azərbaycanda deyil, digər qonşu ölkələrdə, Azərbaycanla, Rusiya ilə qonşu ölkələrdə görürəm. Ermənistanda da belə insanlar var”.

Bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə türkiyəli general-polkovnik Bəxtiyar Ərsayın Azərbaycan müdafiə nazirinin müşaviri təyin olunması ilə bağlı erməni jurnalistin “NATO üzvü olan ölkənin generalının Azərbaycan MN başçısının müşaviri təyin olunmasına Rusiya necə münasibət bildirir? Postsovet ölkələrinin NATO ilə əməkdaşlığına Rusiya mənfi yanaşdığı halda, Azərbaycanın Türkiyə ilə əməkdaşlığına niyə göz yumur? sualına cavab olaraq bildirib.

“Ona görə də mən sizin məzəmmətinizi qəbul etmirəm. Hər bir ölkənin tərəfdaşları ilə hərbi və hərbi-texniki əməkdaşlığı inkişaf etdirməklə bağlı suveren hüququ var.
Bununla belə, əlbəttə ki, biz bu əməkdaşlığın üçüncü ölkələrə istiqamətlənməməli olduğunu və Cənubi Qafqazdakı qüvvələr balansını pozmamalı olduğunu hesab edirik. Bu tezisi biz müntəzəm olaraq regiondakı tərəfdaşlarımıza çatdırırıq”, – Rusiya XİN sözçüsü qeyd edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki