İctimai fəal Bəxtiyar Hacıyev saxlanılıb.
Vətəninfo.az xəbər verir ki, bu barədə tanınmış vəkil Aqil Layıc məlumat paylaşıb. Onun sözlərinə görə, Bəxtiyar Hacıyev Baş Polis İdarəsində cinayət məsuliyyətinə cəlb edilib.
Vəkil bildirib ki, o, hazırda barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün Xətai rayon Məhkəməsinə aparılır. Məlumata görə, B. Hacıyev Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsilə təqsirli bilinir.