Beyləqanda tanışlar arasında silahlı insident yaşanıb.
Vətəninfo.az xəbər verir ki, hadisə Məşədi Əzizbəyov küçəsində baş verib.
1978-ci il təvəllüdlü Axundov Samir Ənvər oğlu tanışı 1981-ci il təvəllüdlü Cuvarlı Yusif Taryel oğlu ilə aralarında baş vermiş mübahisə zamanı sonuncunun yaşadığı evin qarşısına gələrək ona istintaqa məlum olmayan silahla bir dəfə atəş açaraq ona “sağ diz oynağının güllə yarası” xəsarəti yetirib.
Axundov Samir Ənvər oğlu şübhəli şəxs qismində saxlanılıb.
Faktla bağlı Beyləqan RPŞ-nin İB-də CM-in 221.3-cü maddəsi ilə cinayət işi başlanmaqla istintaq aparılır.