“Son dövrlərdə mətbuatda ayrı-ayrı qüvvələr tərəfindən insanların azad olunmuş ərazilərə dərhal köçürülməsi məsələsi ortaya atılır”.
Veteninfo.az xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov danışıb.
O qeyd edib ki, insanlarn təhlükəsizliyi üçün bu prosesdə tələsmək düzgün deyil:
“Ağdamın mina xəritəsi veriləndə 97 min minanın yerləşdirildiyi qeyd edilib. Bu hələ təqdim edilən sənəddə belə idi, reallıqda, görün, nə qədər çoxdur.
Biz sosial şəbəkələrdəki bu çağırışa qarşı çıxmalıyıq. Hər şeydə dövləti günahlandıran partiya sədrləri nə vaxt bir qaçqının yanında oldular, nə vaxt bir qazini xəstəxanada ziyarət ediblər. Onlar suyu bulandırmaqla Ermənistan dəyirmanına su tökürlər.
Ərazilərimiz minalardan təmizlənib, gözəl şəhərlər salınacaq. Mən insanlara çağırış edirəm ki, bu cür addımlara inanmasınlar”.