Biləsuvarda dəm qazından kütləvi zəhərlənmə olub.
Hadisə rayon ərazisində Cəbrayıl rayon məcburi köçkünləri üçün inşa edilmiş 2 saylı qəsəbədə baş verib. Burada yaşayan Allahverdiyev Yusif Xalıqverdi, Ağayev Coşqun Zakir, Ağazadə Zahir Yavər oğlu və Allahverdiyeva Şəbnəm Ehtibar qızı evdə dəm qazından zəhərləniblər. Onlardan 3-ü xəstəxanaya çatdırılsa da, Ş. Allahverdiyeva ölüb.
Faktla bağlı araşdırma aparılır./Lent.az