image-1backend

Biləsuvarın ən yaşlı sakini vəfat etdi

image-reklam_sirab_01

Biləsuvar rayonunun ən yaşlı sakini vəfat edib.

Rayonun Amankənd kənd sakini olan Əliyeva Balış Rüstəm qızı uzun sürən xəstəlikdən sonra iyulun 30-da 103 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, doqquz övladı, 100-ə yaxın nəvə, nəticə və kötücəsi olan 103 yaşlı B.Əliyeva ötən il vəfat edən Kubra Kazımovadan sonra Biləsuvar rayonunun ən yaşlı sakini idi.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki