image-78ec3c7f-a87d-3f23-b201-7d574d96cf86_850backend

Binəli Yıldırım və Şamil Ayrımın son durumu açıqlanıb

image-reklam_sirab_01

Türkiyənin Ədalət və İnkişaf Partiyası (AKP) sədrinin müavini Ömər Çelik Zəngilan hava limanına gedərkən yol qəzasına uğrayaraq xəsarət alan AKP sədrinin müavini Binəli Yıldırım və hakim partiyanın İstanbuldan olan millət vəkili Şamil Ayrımın səhhəti ilə bağlı son məlumatı açıqlayıb.

“Hörmətli Yıldırım və deputatımızın səhhəti yaxşıdır. Həkimlər bildirib ki, həyatları üçün təhlükə yoxdur. Ehtiyat tədbiri olaraq bir müddət Azərbaycanda qalacağıq. Türkiyədən təcili yardım təyyarəsi yola düşüb. Bir neçə saat sonra burada olacaq”, – Ömər Çelik deyib.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı Azərbaycana rəsmi səfərdə müşayiət edən Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri, Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Binəli Yıldırım və Türkiyə Böyük Millət Məclisinin AKP-dən olan deputatı Şamil Ayrımın olduğu avtomobil dünən Zəngilan hava limanına gedərkən qəzaya uğrayıb.

Onlar tibbi müayinə məqsədilə həkim briqadasının müşayiəti ilə helikopterlə Bakıdakı xəstəxanaya aparılıblar. AKP sədrinin müavinləri – Ömər Çelik və Efkan Ala onları müşayiət etmək üçün Bakıda qalıblar.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki