image-2backend

Binəqədi rayonunda ötən ay keçirilən əməliyyatlar zamanı narkotiklərlə əlaqəli 115 fakt aşkarlanıb

image-reklam_sirab_01

Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən odlu silah-sursatların aşkarlanması, eləcə də narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyatlar həyata keçirilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Vətəninfo.az-a bildirilib ki, iyul ayı ərzində keçirilən silsilə tədbirlər zamanı narkotiklərlə əlaqəli 115 fakt aşkarlanıb. Qanunsuz dövriyyədən 6 kiloqramdan artıq müxtəlif növ narkotik maddə və psixotrop maddələr çıxarılıb. Aşkar olunan faktlarla bağlı İdarənin İstintaq Şöbəsində cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.

Həmçinin ötən ay vətəndaşlarla aparılan profilaktik tədbirlərin nəticəsi olaraq 6 odlu silah, o cümlədən 4 “Kalaşnikov” avtomatı, 2 “Makarov” tapançası və 43 ədəd patron polis əməkdaşlarına təhvil verilib.

Copied:

Nəticə yoxdur.

image-1


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki