image-vvvbackend

Birliyin zəfəri

image-reklam_sirab_01

Mənfur düşmənlənlərimizin torpaqlarımızı qəddarcasına işğal etməyiylə Azərbaycan xalqı uzun illərdir ki, öz doğma torpaqlarına həsrət qalmışdı.10 noyabr 2020-ci il tarixində imzalanmış Bəyanat uzun illərdi davam edən işğala,həsrətə,göz yaşlarına son qoydu.Bu Bəyanat həmçinin Ermənistanın kapitulyasiyası da demək idi.Bəyanatın imzalanması ilə müharibənin hərbi mərhələsidə sona çatdı. Laçın, Kəlbəcər,Ağdam rayonları qan tökülmədən Azərbaycana qaytarıldı.Bu 44günlük müharibə ərzində düşmənin tam texnikası məhv edilib,canlı qüvvələrinə isə çox saydasarsdıcı zərbələr vuruldu və müharibə Azərbaycanın tam qələbəsi ilə başa çatdı.
Bu 44 gün əzrində bütün ürəklər bir oldu,bütün bölgələrimizdən olan hər bir vətəndaş çiyin-çiyinə verərək bütün sevinci,kədəri,həyəcanı birgə yaşadı və bununlada bütün dünya Azərbaycan xalqının birliyini,gücünü gördü.Yalnız öz xalqımız deyil, ölkəmizdə yaşayan bütün dinlərin nümayəndələri cəsarət göstərərək biz dəstək oldular.Bizim bu savaşda ən böyük dəstəklərimizdən biri bizim həmrəyliyimiz oldu.
İmzalanmış bu Bəyanat Azərbaycanın bütün maraqlarına uyğun hazılanıb.Ali Baş Komandan İlham Əliyevin israrlı mövqeyi,danışıqları nəticəsində Ermənistan rəhbərliyi çox çətin duruma düşdü və bu torpaqlardan tez bir zamanda çıxmaq üçün çıxış yolunu hazırlayıb təhvil verdilər.Bundan sonra Qarabağa heç bir status verilmir, onun tərkibində olan rayonlarımız da Azərbaycanın digər səfalı bölgələri kimi Azərbaycanın ayrılmaz əraziləridir.Burada yerləşən Laçın dəhlizinin qorunması isə tam olaraq Azərbaycanın əlindədir və DövlətSərhəd Xidməti Azərbaycanın bütün sərhədlərinin keşiyini çəkir.
44gün ərzində Azərbaycan öz mövqeyini yalnız döyüş meydanında deyil həmçinin siyasi müstəvidədə gücləndirdi.Hər iki yolda da Azərbaycan öz istəklərinə nail oldu.Azərbycanın bu savaşda göstərdiyi hərbi əməliyyatlar,texnika,hazırlanmış əməliyyatların icra edilməsi üsulları,bir sözlə Silahlı qüvvələrimizin təcrübəsi bütün dünyada öyrənilir.
Qardaş Türkiyə də öz qəti mövqeyini bu müharibə ərzində bir daha bütün dünyaya çatdırdı.Onların açıq dəstəyi ilə bu münaqişəyə olan bütün müdaxilələlr alt-üst oldu.Qardaşlarımız tərəfindən bizə göstərilən dəstək,həmrəylik bizi daha da ruhlandırdı.Buna görə onlara minnətdarıq.2021-ci il 15iyun tarixində “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” 2qardaş ölkə arasındaki əlaqələri daha da möhkəmləndirdi.
Bəyanatın imzalanması ilə yeni nəzarət sistemi də quruldu.Bəyanatın beşinci bəndinə əsasən razılaşmaya əməl edilmisinə nəzarət edən sülhməramlı mərkəzi yaradılıb.Bu mərkəzdə həm qardaş Türkiyə həm də Rusiya hərbçiləri fəaliyyət göstərir.Buna əsasən də demək olar ki,bu münaqişənin gələcək həll yollarında Türkiyə də rəsmi olaraq iştirak edəcək.
Bu üçtərəfli Bəyanat Naxçıvan Muxtar Respublikasının Azərbayanın əsas hissəsi ilə əlaqəsinin yaradılmasını da təmin edir.Torpaqlarımızın alınması nəticəsində artıq Naxçıvana nəqliyyat dəhlizi açılıb və bu böyük strateji əhəmiyyətə malikdir.Reallaşacaq bir çox layihələr nəticəsində Naxçıvanın Azərbaycanın əsas hissəsi ilə quru yollarının birləşməsi,regionun inkişafına səbəb olacaq digər nəqliyyat yollarının qurulması tarixi hadisə olacaqdır.
Digər mühüm məsələlərdən biri 30ildən çoxdur ki, öz torpaqlarından didərgin düşmüş insanların doğma yurd-yuvalarına qaytarılmasıdır.Bu razılaşmaya əsasən,daxili məcburi köçkünlər öz yurdlarına,azad olunmuş torpaqlarımıza BMT-in Qaçqınlar üzrə Ali Komissarlığının Ofisinin nəzarəti altında qaytarılacaq.
30 ildən uzun olan bu müddət ərzində Ermənistan bu torpaqlarda “Böyük Ermənistan” planını reallaşdırmaq istəyirdi ki, buna nail ola bilmədilər.Onların “Dağlıq Qarabağ”da yeni dövlət qurmaq planları da alt-üst oldu.Azərbaycanın Şanlı Ordusu canı-qanı bahasına da olsa həm onların ordusunu,həmdə Ermənistan ordusunun məğlub edilməzliyi barədə olan mifi sadəcə 44gün ərzində dağıtdı.Bu sarsıdıcı zərbədən sonra onların özlərini bərpa etmələri üçün uzun illər lazım olacaq.Regionda Azərbaycanın bütün maraqlarına uyğun olan siyasi reallıq yarandı.Bütün dünya gördü ki, Azərbaycan xalqı heç zaman məğlubiyyətlə barışmayacaq və hər zaman qələbəni öz qəlblərində daşıyacaqlar.

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
Əhədov Elvin Elnur oğlu


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki