image-a657e54c-e34f-3ed9-a065-116bf31ddd1d_850-jfifbackend

Blinken Rusiyanın “çirkli bomba” ilə bağlı xəbərdarlığına münasibət bildirib

image-reklam_sirab_01

ABŞ-ın dövlət katibi Entoni Blinken Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə telefon danışığında qeyd edib ki, rəsmi Vaşinqton Rusiya tərəfinin Kiyevin “çirkli bomba”dan istifadə etməsi ehtimalı ilə bağlı xəbərdarlıqlarını haqlı hesab etmir.

Bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Ned Praysın yazılı açıqlamasında bildirib.

Telefon danışığında E.Blinken Ukraynanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə sarsılmaz dəstəyini ifadə edib.

E.Blinken D.Kulebaya deyib ki, ABŞ Rusiyanın müdafiə naziri Sergey Şoyqunun Ukraynanın öz ərazisində “çirkli bomba”dan istifadə etməyə hazırlaşdığı ilə bağlı iddialarını rədd edir.

Qeyd olunub ki, tərəflər həmçinin ABŞ və beynəlxalq ictimaiyyətin Ukraynaya təhlükəsizlik, iqtisadi və humanitar yardımın lazım olduğu müddət ərzində göstərilməsinin davam etdirilməsi öhdəliyini müzakirə ediblər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki