image-5backend

BMT Liviyadan Nigerə qaçqınların təxliyyəsini bərpa edib

image-reklam_sirab_01

Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı (BMT QAK) bir ildən çox fasilədən sonra yardıma ehtiyacı olan qaçqın və sığınacaq axtaranların Liviyadan Nigerə təxliyəsinə başlayıb.

Veteninfo.az xəbər verir ki, 172 nəfər 4 noyabrda təyyarə ilə Nigerə aparılıb.

Söhbət Liviyada çətin vəziyyətdə qalan qaçqın və sığınacaq axtaranlardan gedir. Belə ki, təxliyə edilənlərin çoxu əvvəllər son dərəcə ağır şəraitdə saxlanılıb, insan alverçilərinin qurbanı olub və ya zorakılıqla üzləşib.

Liviya Avropa ölkələrinə daxil olmaq istəyən afrikalı qaçqınlar üçün əsas tranzit məntəqəsi olaraq qalır.

Liviya Milli İnsan Haqları Komitəsinin məlumatına görə, 2020-ci ildə 11 891 qeyri-qanuni miqrant dənizdə xilas edilərək ölkə sahillərinə gətirilib. Lakin 300-dən çox qaçqının həyatını xilas etmək mümkün olmayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki