image-7backend

BMT rəsmisi: “Myanmada 126 jurnalist saxlanılıb, 47 nəfər hələ də həbsdədir”

image-reklam_sirab_01

“BMT Myanmadakı vəziyyətlə bağlı dərin narahatlıq keçirir. Fevralın 1-dən indiyədək Myanmada ən azı 126 jurnalist, media rəsmisi hərbçilər tərəfindən saxlanılıb, onlardan 47-si hələ də həbsdədir. Bu şəxslərdən 20 nəfəri jurnalist kimi fəaliyyət göstərdiklərinə görə cinayətdə ittiham olunurlar. Doqquz media orqanının lisenziyası ləğv edilib, daha iyirmi media qurumu fəaliyyətini dayandırılıb”.

Veteninfo.az xəbər verir ki, bu fikirləri BMT Baş katibinin rəsmi nümayəndəsinin müavini Farhan Haq mətbuat konfransında deyib.

F.Haq BMT-nin insan hüquqları üzrə Ali komissarı Mişel Baçeletin bununla bağlı hesabatını açıqlayıb: “Mişel Baçelet bildirir ki, mayın 25-dən Myanmada həbsdə olan jurnalist Deni Fenster ədalətsiz məhkəmə prosesindən sonra bu gün 11 il müddətinə azadlıqdan məhrum edilib. Onun vəziyyəti əslində ölkədə davamlı repressiyalarla üzləşən jurnalistlərin daha geniş vəziyyətinin rəmzidir. Ali Komissarın sözlərinə görə, ordu rəhbərliyi açıq şəkildə jurnalistlərin Myanmada baş verən ciddi insan haqları pozuntuları, habelə rejimə qarşı müqavimətin miqyası barədə məlumat vermək cəhdlərini əngəlləməyə çalışır”.

F.Haq əlavə edib ki, BMT-nin bölgədəki əməkdaşları ölkədə uşaqların təhsildən yayınması ilə bağlı ciddi problemlərin olduğunu müəyyən ediblər: “Myanma üzrə yerdəki həmkarlarımız bizə deyirlər ki, ölkədə 12 milyondan çox uşağın 18 aydan artıqdır ki, mütəşəkkil təhsilə çıxışı yoxdur. Bu da onların təhsili və rifahı üçün ciddi fəsadlara gətirib çıxarır. Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (YUNISEF) uşaqların təhsildən kənar qalmamasını təmin etmək üçün çalışır və tərəfdaşları ilə birlikdə müxtəlif əyalət və regionlarda 300 000-ə yaxın uşağa tədris materialları paylayır ki, onlar təhsillərini evdən davam etdirə bilsinlər. YUNISEF həmçinin etnik azlıqların yaşadığı ərazilərdə 180 000-dən çox uşağın evdə davamlı təhsilinin təmin edilməsinə yardım edir”.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki