BMT Baş Assambleyası Ukraynanın işğal altındakı Donetks, Luqansk, həmçinin Xerson və Zaporojye vilayətlərində keçirilən qanunsuz referendumları pisləyən qətnamə qəbul edib.
Qətnamədə Rusiyadan ərazilərin “ilhaq bəyannaməsi”nə yenidən baxılması tələbi yer alır.
Qətnaməni 143 ölkə dəstəkləyib, 5-i əleyhinə çıxıb, 35 dövlət səsvermədə iştirak etməyib.
Belarus, Şimali Koreya, Nikaraqua, Suriya və Rusiya qətnamənin əleyhinə səs verib.