image-28backend

Böyük Britaniya 1974-cü ildə bağlanmış müqaviləyə görə İrana borc ödəyəcək

image-reklam_sirab_01

Böyük Britaniya 1974-cü ildə tank tədarükü ilə bağlı İranla bağlanmış müqaviləyə görə rəsmi Tehrana 400 milyon funt sterlinqin (535 milyon ABŞ dollarının) qaytarımasına prinsipial razılıq verib.

Veteninfo.az “Bloomberg”ə istinadən xəbər verir ki, bu barədə İranın xarici işlər nazirinin müavini Əli Bageri Kəni bildirib.

“Borcun ödənilməsi məsələsi razılaşdırılıb, lakin ödəniş üsulu və prosesi hələ həll edilməyib”, – Avropada səfərdə olan iranlı diplomat bildirib.

Qeyd edək ki, BMT-nin Beynəlxalq Ədalət Məhkəməsi 1974-cü ildə “International Military Services” (IMS) və İran arasında bağlanmış və İngiltərənin pozmuş olduğu müqaviləyə görə Böyük Britaniyanın borc ödəməli olduğu barədə qərar qəbul edib. Müqaviləyə əsasən, şirkət İrana 1000 ədəd tank satmalı idi, lakin 1979-cu ildə baş vermiş İran İslam İnqilabından sonra rəsmi London müqavilənin şərtlərini yerinə yetirməkdən imtina edib.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki