image-resizerbackend

“Böyük Qayıdış” layihəsinə uyğun olaraq Zəngilanda bərpa-quruculuq işləri surətlə davam edir

image-reklam_sirab_01

Silahlı Qüvvələrimiz 2020-ci il oktyabrın 18-də Zəngilan rayonunun azad edilməsi uğrunda əməliyyata başladı…

 

2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Zəngilan rayonundan şərqdə yerləşən Cəbrayıl rayonunda düşmən qüvvələrinə sarsıdıcı zərbələr vuruldu və 30-dan çox yaşayış məntəqəsi işğaldan azad edildi. Beləliklə də ordumuzun Zəngilan rayonunun inzibati hüdudlarına çatmasına şərait yarandı.

Zəngilan döyüşləri Sərhəd Qoşunlarının Komandanlığı altında aparıldı. Oktyabrın 20-də cənab Prezident İlham Əliyev xalqa növbəti müraciəti zamanı Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Zəngilanın işğaldan azad olunması ilə Azərbaycanİran sərhədi tam bərpa edildi. Eyni zamanda da işğal altında qalmış 132 kilometr sərhəd bərpa edildi.

“Böyük Qayıdış” layihəsinə uyğun olaraq Zəngilanda bərpa-quruculuq işləri surətlə davam edir. Birinci pilot layihə Zəngilanda icra edildi və Ağalı kəndində. 200 evdən ibarət gözəl kənd salındı. Kəndin genişləndirilməsi və əlavə 150 evin inşa edilməsi, o cümlədən ikimərtəbəli, üçmərtəbəli mənzil tipli evlərin inşa edilməsi nəzərdə tutulur. Cari ilin may ayında isə Ağalı kəndinin ilk sakinləri doğma torpaqlarında məskunlaşmağa başladılar. Bu gün Ağalı ağıllı kəndi dünyanın ən müasir kəndlərindən biridir.

Bu gün də Zəngilan Beynəlxalq Hava Limanının açılışı olacaq. Ölkəmiz üçün mühüm olan hava limanının açılışında qardaş Türkiyə Respublikasının PrezidentRəcəb Tayyib Ərdoğan da iştirak edəcək.

Könül İsmayılova-Nizami Rayon İcra Hakimiyyətinin məsul işçisi, MMP-nın Siyasi Şurasının və İdarə Heyətinin üzvü


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki