image-46bcd3aa-ef7f-3b5b-8c70-663d3291ef89_850backend

Braziliyada sabiq deputat iki polisi yaralayıb

image-reklam_sirab_01

Braziliya federal parlamentinin keçmiş üzvü Roberto Cefferson onu saxlamaq üçün gələn iki polisi yaralayıb.

Bu barədə “G1” portalı məlumat yayıb.

İnsident internetdə hakimiyyətin demokratik institutlarına qarşı yönəlmiş məlumatların yayılmasını təşkil etməkdə ittiham olunaraq ev dustaqlığında olan siyasətçinin Rio-de-Janeyro ştatındakı evində baş verib.

Onun ev dustaqlığının həbs-qətimkan tədbiri ilə əvəz olunması qərarı keçmiş deputatın sosial şəbəkələrdən istifadəyə qoyulan qadağanı pozmasından və bir gün əvvəl Federal Ali Məhkəmənin hakimlərindən birini təhqir etməsindən sonra verilib.

Keçmiş deputat asayiş keşikçiləri istiqamətində tapançadan iki dəfə atəş açıb və üç qumbaradan istifadə edib. Nəticədə qəlpələr polis əməkdaşlarını baş və ayaqlarından yaralayıb.

Onlara tibbi yardım göstərilib. Bundan sonra hakimiyyətə könüllü təslim olmaq barədə onunla danışıqlar aparan siyasətçinin evinə xüsusi təyinatlılar göndərilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki