image-a0e3e55a-e6f8-305e-9bf6-8b44662c45e4_850backend

Britaniya Ukraynaya ABŞ-ın NASAMS zenit-raket kompleksləri üçün orta mənzilli raketlər verəcək

image-reklam_sirab_01

Böyük Britaniya hökuməti Ukraynaya ABŞ-ın NASAMS zenit-raket kompleksləri üçün AIM-120 orta mənzilli raketləri (Advanced Medium Range Air-to-Air Missile, AMRAAM) verəcək.

ABŞ rəhbərliyi bu ilin sonuna qədər Ukraynaya iki NASAMS zenit-raket kompleksləri göndərəcək.

Eyni zamanda, Vaşinqton daha altı belə kompleksi daha sonra təhvil verəcəyini vəd edir.

Nəşr həmçinin qeyd edib ki, Britaniya hökuməti Ukraynaya əlavə 18 haubitsa təhvil verəcək. Bundan əvvəl London artıq Ukrayna hakimiyyətinə 20 M109 haubitsa göndərmişdi.

Böyük Britaniyanın müdafiə naziri Ben Uollesin sözlərinə görə, NASAMS üçün Kiyevə raketlərin tədarükü son günlər Rusiya Silahlı Qüvvələrinin Ukraynada energetika, hərbi komandanlıq və rabitə obyektlərinə kütləvi zərbələr endirməsi ilə bağlıdır. “The Times” vurğulayıb ki, çərşənbə günü Brüsseldə Uollesin NATO-nun Baş katibi Yens Stoltenberqlə görüşündə Ukraynaya yeni yardım paketi müzakirə olunub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki