Böyük Britaniyanın Baş naziri Liz Tras və Fransa Prezidenti Emmanuel Makron Rusiyanın Ukraynaya son zərbələri ilə bağlı ciddi narahatlıqlarını ifadə ediblər.
Bu barədə Britaniya hökumət başçısı ofisinin liderlərin telefon danışığından sonra yaydığı məlumatda deyilir.
Tras və Makron Rusiyanın hücumuna cavab tədbirlərinin koordinasiyası, eləcə də Ukraynaya dəstək üçün yaxından işləməyə davam etmək barədə razılığa gəliblər.


























