“Mançester Yunayted”in yarımmüdafiəçisi Bruno Fernandes karyerasını Türkiyədə davam etdirə bilər.
“ESPN”in məlumatına görə, 32 yaşlı portuqaliyalı futbolçu bu mövsüm gözlənilən performansı nümayiş etdirə bilmir. O, son beş oyunda qol vurmayıb və məhsuldar ötürmə ilə yadda qalmayıb.
Vətəninfo.az xəbər verir ki, “Fanatik” nəşrinin yazdığına görə, Fernandes klub rəhbərliyindən narazıdır və “Qalatasaray”a keçmək variantını nəzərdən keçirir.
Futbolçunun “Mançester Yunayted”lə müqaviləsinin müddəti gələn yay başa çatır. Bununla belə, İngiltərə klubunun sözləşməni daha bir il uzatmaq hüququ var.
“Mançester Yunayted” Alejandro Balde ilə maraqlanır
İngiltərə klubu heyətini gücləndirmək üçün “Barselona”nın sol cinah müdafiəçisi Alejandro Baldenin transferini də nəzərdən keçirir.
23 yaşlı ispaniyalı futbolçu bu mövsüm La Liqada cəmi 12 dəqiqə meydanda olub. Onun oyun vaxtının az olması digər klubların da diqqətini çəkib.
Məlumata görə, İtaliyanın “Yuventus” klubu da Baldenin vəziyyətini izləyir.
Qeyd edək ki, Bruno Fernandesin “Qalatasaray”a mümkün keçidi və “Mançester Yunayted”in Balde ilə maraqlanması barədə məlumatlar hələlik rəsmi təsdiqini tapmayıb.


























