image-16backend

Bu avtomobilləri almaq iki dəfə baha başa gəlir (VİDEO)

image-reklam_sirab_01
Son bir neçə aydır ki, Azərbaycanda avtomobillər fantastik kredit faizləri ilə satılır.
Veteninfo.az  “Xəzər Xəbər”ə istinadən xəbər verir ki, vətəndaşlara günlük kredit şəklində təklif edilən avtomobillər sonda iki dəfədən çox baha qiymətə başa gəlir.

 

Məsələn, elan saytındakı bir satıcının təqdim etdiyi avtomobillərin qiyməti 9-13 min manat arasında dəyişir. İlkin ödəniş 1500 manat, 33 ay gündəlik 25 manat ödədikdə isə avtomobil 26 min manatdan artıq qiymətə başa gəlir. Avtomobillər o qədər sadə şərtlərlə təklif olunru ki, sadəcə sürücülük vəsiqəsi və az miqdarda ilkin ödəniş imkan verir ki, hər kəs əldə edə bilsin.
Avtomobili alan şəxsə onu idarə etmək üçün etibarnamə verilir. Bu etibarnamə ilə avtomobili satmaq, girov qoymaq və digər şəxsə vermək mümkün deyil. Alıcı ilə satıcının arasında bağlanan müqaviləyə əsasən isə ödənişdə gecikmə olarsa, satıcı avtomobili geri ala bilir. Alıcı isə ödədiyi pulun 1 manatını belə tələb edə bilmir.
Avtomobil bazarı üzrə ekspert Sərxan Qədirov deyir ki, satıcıların burda əsas gəliri avtomobilin iki dəfə baha satılmasından əldə olunmur. Satıcıları varlandıran ödənişi edə bilməyən alıcıdan geri qaytarılan avtomobilin yenidən başqasına satılmasıdır. Bəzən xeyli miqdarda ödəniş edən vətəndaş, sonda avtomobilsiz qalır.
Qeyd edək ki, hazırda ölkə üzrə istehlak kreditinin ortalama faiz dərəcəsi 14.5 faizdir. Lizinq yolu ilə verilən kreditlər 40 faiz, günlük ödəniş əsasında verildikdə isə bu faiz dərəcəsi 100 faizdən də artıq başa gəlir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki