Argentinalı yarımmüdafiəçi Franko Mastantuono “Real Madrid”dən İtaliyanın “Fiorentina” klubuna keçəcək. Vətəninfo.az xəbər verir ki, Fabrizio Romano agentliyinin məlumatına görə, tərəflər bir illik icarə müqaviləsi barədə razılığa gəliblər. 18 yaşlı futbolçu gələn yay “Kral Klubu”na qayıdacaq.
Mastantuono ötən mövsüm İspaniya La Liqasında 23 matçda meydana çıxıb və 1 qol vurub.
“Transfermarkt” Mastantuononun transfer dəyərini 45 milyon avro olaraq qiymətləndirir.


























