image-gedbackend

Bu gün işdən çıxarılan başçıya PA-da vəzifə verildi

image-reklam_sirab_01

Bu gün Prezident İlham Əliyevin sərəncamı ilə vəzifəsindən azad olunan Gədəbəyin icra başçısı  İbrahim Mustafayevə vəzifə verilib.

Veteninfo.az  virtualaz.org-a istinadən xəbər verir ki, o, Prezident Administrasiyasının Ərazi idarəetmə orqanları ilə iş üzrə şöbəsinin rəhbərinin müavini təyin olunub.
Həmin şöbəyə Prezidentin köməkçisi Zeynal Nağdəliyev başçılıq edir.

Xatırladaq ki, İ. Mustafayev 2018-ci ildən Gədəbəyin icra başçısı idi.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki