Xəbər verdiyimiz kimi dekabrın 21-i Azərbaycan kubokunun 1/8 final mərhələsinin “Qarabağ” – MOİK görüşü Xankəndi şəhər stadionunda keçiriləcək.
Vətəninfo.az xəbər verir ki, artıq Xankəndi stadionunda təmir-bərpa işləri yekunlaşıb.
Qondarma rejimin “bayrağ”ının rənglərində olan oturacaqlar zibilliyə atılıb. Həmçinin ötən əsrdən qalan işıq dirəkləri də yığışdırılıb, stadion müasir tələblərə cavab verən formada qurulub.
Stadionun son görüntüləri də sosial şəbəkələrdə yayılıb.
Dekabrın 21-də Azərbaycanda bu tarixi futbol oyununa Bakıdan azarkeşlər və jurnalistlər aparılacaq.
Xankəndidə bir zamanlar xəyalını belə qura bilmədiyimiz anları real olaraq yaşayacağıq.
Qarabağ nəhayət ki, adını daşıdığı Qarabağda oyun keçirəcək.
Xankəndi şəhərinə yola düşmək istəyənlər üçün həmin gün Bakı metrosu səhər 04:00-dan açıq olacaq.