image-00bb5bd3-4c77-37f6-bb52-8983a22f6903_850backend

Bu il 1300-dək məhkuma hüquqi yardım göstərilib

image-reklam_sirab_01

Cari ilin 9 ayı ərzində Ədliyyə Nazirliyi yanında İctimai Şuranın üzvləri penitensiar müəssisələrə başçəkmələr edərək 1300-dək məhkuma müxtəlif istiqamətlər üzrə hüquqi yardım göstəriblər.

Bunu Ədliyyə Nazirliyi İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova deyib.

O bildirib ki, İctimai Şuranın üzvləri qulluğa qəbul prosesində, kollegiya, apellyasiya şurasının iclaslarında, şərti azad etmə institutunun tətbiqində, əfv və amnistiya aktlarının icrasında, hüquqi maarifləndirmə tədbirlərində (açıq qapı, brifinq, ictimai müzakirə, media-tur və s.) yaxından iştirak edirlər.

“Ədliyyə Nazirliyi həmçinin informasiya sorğuları ilə işin təşkilinə xüsusi diqqət yetirir. Belə sorğuların tam əksəriyyəti jurnalistlər tərəfindən daxil olur. Daxil olan sorğuların təhlili göstərir ki, əksər hallarda nazirliyin ayrı-ayrı fəaliyyət istiqamətləri barədə statistik göstəricilər, xüsusilə uşaqlara adların verilməsi, ad və soyadların dəyişdirilməsi, doğum, nikah və s. məsələləri mütəmadi sorğu edilir. 9 ayda 120-ə yaxın sorğunun cavablandırılması təmin edilib”, – idarə rəisi vurğulayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki