Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində 2024-cü ilin altı ayı ərzində 150 şəxs barəsində 111 cinayət işinin ibtidai istintaqı tamamlanıb.
Vətəninfo.az xəbər verir ki, bu barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində 2024-cü ilin I yarımilinə həsr olunmuş əməliyyat müşavirəsində bildirilib.
Qeyd edilib ki, bu çərçivədə 122 şəxs barəsində 93 cinayət işi baxılması üçün məhkəmələrə göndərilib:
“Məhkəmələrə göndərilmiş cinayət işlərinin mütləq əksəriyyəti üzrə ittiham hökmləri çıxarılıb, qalanları isə hazırda məhkəmə baxışındadır”.