image-7backend

Bu ölkədə maska ilə bağlı yeni qərar: Noyabrın 3-dən..

image-reklam_sirab_01
Noyabrın 3-dən Braziliyanın Federal Dairəsində qoruyucu maskaların taxılması könüllü olacaq.
Veteninfo.az  APA-ya istinadən xəbər verir ki, bununla bağlı paytaxt qubernatoru müvafiq fərman imzalayıb.
Sənədə əsasən, maskanın açıq havada taxılması artıq məcburi olmayacaq, lakin qapalı məkanlarda – ictimai nəqliyyatda, ticarət, istehsal və xidmət müəssisələrində bu tələb qüvvədə qalacaq.
Bundan əlavə, qubernator 2020-ci ilin martından 2021-ci ilin iyul ayına qədər tamamilə bağlanan dövlət məktəblərində tədris prosesinin tam bərpası barədə göstəriş verib.
Qyd edək ki, Braziliyada koronavirusa ilk yoluxma halı ötən il fevralın 26-da təsdiqlənib.
Ölkə virusa yoluxanların sayına görə (21,7 milyon nəfərdən çox) ABŞ və Hindistandan sonra dünyada üçüncü yerdədir. Ölənlərin sayına görə (606 mindən çox) ABŞ-dan sonra ikinci yerdədir.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki