image-1backend

Bu tarixi günlərin şahidi olmaq çox qürurludur

image-reklam_sirab_01

1 sentyabr Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərə sayılı saatlar qalır.
Bütün ölkə vətəndaşları 30 il sonra ilk dəfə olaraq ərazi bütövlüyü tam bərpa olunan Azərbaycan vətəndaşları olaraq seçkilərdə iştirak edəcəklər.
Keçiriləcək seçkilərin başqa bir qürurverici özəlliyi 44 günlük Vətən müharibəsi və 23 saatlıq antiterror əməliyyatları ilə 30 il sonra işğaldan azad olunan torpaqlarımızda da seçki abu-havası höküm sürür.

Ata-baba yurdlarına geri dönən insanlar 30 il sonra, doğma torpaqlarında seçkilərdə iştirak edəcəklər.

Mənim də bir Xocalılı qızı kimi taleyimdə bu tarixi ana şahidlik etmək,onu yaşamaq yazıldı. Xankəndində, Şuşada, Kəlbəcərdə, Laçında, Xocalıda və neçə-necə özgürlüyünə qovuşan Vətən torpağındakı seçki şöləninin görmək doğurdan da başqa bir duyğudu, başqa bir hissdir.
Mənim üçün tarixi və məsuliyyətli bir seçkinin şahidliyini etməyimin səbəbi, eyni zamanda 122 sayli Xankəndi Seçki Dairəsinin 12 saylı Seçki Məntəqəsinə sədirlik etməyimdir.
Bu önəmli və məsuliyyətli vəzifənin öhdəsindən layiqincə gələcəyimə əminəm. Çünki ki, doğma yurdum, elim-obam bir tarixə şahidlik edirsə, mənim də bu tarixin yazılmasında üzərimə düşən, ədalətli,demokratik dəyərlərə söykənən səsvermə mühitini yaratmaqdı. Buna hərkəs əmin ola bilər və mən Seçki Məntəqəmizin digər üzvüləri də tarixə şzahidlik edəcəyik.

Hər bir vətəndaşımızı 1 sentyabrda keçiriləcək seçkilrədə aktiv olmağa çağırıram.

Aynur Abışova


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image